Ötən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına xərclənən vəsaitin həcmi açıqlanıb.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd edilib ki, keçən il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 2 milyard 200 milyon manat vəsaitə qarşı icra 2 milyard 178,4 milyon manat (99 faiz) olub.