Xəbərdarlıqlara məhəl qoymadan müxtəlif vaxtlarda ərazilərimizə qanunsuz səfər etdiyi müəyyən olunmuş 286 xarici ölkə vətəndaşı barədə məlumat “Azərbaycan Respublikasının sərhədini qanunsuz keçmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilmiş (bunlardan 30 nəfəri hesabat ili ərzində səfər edib) həmin şəxslərin ölkəmizə girişinə qadağa qoyulub.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd olunub ki, iki şəxsin adı sözügedən siyahıdan çıxarılıb.
Bildirilib ki, ərazilərimizin işğaldan azad edilməsi səbəbindən hesabat dövrü ərzində yuxarıda qeyd olunan qanunsuz səfərlərin sayında əvvəlki illərlə müqayisədə xeyli azalma müşahidə edilib.