2021-ci ildə hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrılıb.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Qeyd olunub ki, həmin vəsait hesabına Bakı şəhərində 470 ədəd və Naxçıvan Muxtar Respublikasının ərazisindən 10 ədəd olmaqla, cəmi 480 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.