“Rabitəbank” ASC-də "VISA" və "Mastercard" kart sahibi olan müştərilər üçün vacib məlumat!
"Unikal" xəbər verir ki, dünyanın öndə gedən ödəniş sistemləri “VISA” və “Mastercard” Rusiyadakı fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Rus banklarının bundan belə VISA və Mastercard sistemləri tərəfindən dəstəklənməyəcəyi və ölkə xaricindən olan kartların da Rusiyada istifadəsinin mümkün olmayacağı bildirilmişdir. Yeni qərara əsasən Azərbaycan banklarının kartları, o cümlədən “Rabitəbank” kartları da Rusiya ərazisində işləməyəcək.
Rusiyaya səfər edərkən bank kartınızda olan vəsaiti ATM-lərdə nağdlaşdırmağınızı və ya nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirməyinizi tövsiyə edirik.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.