2021-ci ildə ölkə üzrə 168 qəsdən adam öldürmə cinayəti törədilib.
"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Bildirilib ki, onlardan 110-nun cinayət təqibi üzrə icraatı yekunlaşıb. 2020-ci illə müqayisədə qeydə alınan bu növ cinayətlərin sayında 25 vahid azalma baş verib.