Şanlı qələbəmizlə başa çatan 44 günlük müharibədən sonra ölkəmiz öz nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirmək baxımından əlverişli fürsət əldə edib.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bilavasitə təşəbbüsü ilə gündəmə gələn Zəngəzur dəhlizi Azərbaycanın həm tarixi nailiyyəti, həm də böyük siyasi qələbəsidir. Hesabat dövründə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atılıb və onun fəaliyyəti üçün müvafiq tədbirlər davam etdirilməkdədir”, - hesabatda qeyd olunub.