227 nəfər saxta, 4 nəfər özgəsinə məxsus sənədlə və 3 nəfər gizli şəkildə dövlət sərhədini keçməyə cəhd göstərərkən aşkar edilərək saxlanılıb və barələrində müvafiq qərarlar qəbul edilib.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan (qüsurlu sənəd) 3211 nəfər barəsində müvafiq qərarlar qəbul edilib. Xaric olunma faktı üzrə 244 nəfər və ekstradisiya faktı üzrə 62 nəfər qeydə alınıb.