Ötən il daxili işlər orqanlarında aşkarlanan 258 fakt üzrə 343 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb.
"Unikal" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Qeyd edilib ki, onlardan 105-i xidmətdən xaric olunub, 67-si tutduğu vəzifədən azad edilib, 171-i barədə isə digər tənbeh tədbirləri görülüb.