"Türk Hava Yolları" (THY) şirkəti bu gün Bakıdan İstanbula və əks istiqamətdə həyata keçirməyi planlaşdırdığı aviareysləri ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə aviaşirkətin satış agentlərinə və sərnişinlərə ünvanladığı müraciətdə bildirilir.
“İstanbulda gözlənilən güclü qar yağışı səbəbi ilə bu günə nəzərdə tutulan İstanbul TK332, Bakı TK333 reyslərimiz ləğv olunub. Qaydalara əsasən, biletləri dəyişə və yaxud qaytara bilərsiniz”,- müraciətdə qeyd olunub.