Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilər tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşən 125 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərində 102 nəfər olmaqla cəmi 227 nəfər xilas edilib.
"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub.
Bildirilib ki, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batan 63 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.