Abşeronda şəhid Sadıqov Rəsul Həşim oğlunun 21-ci, şəhid Useynov Ceyhun Elşad oğlunun 32-ci doğum günü ilə əlaqədar onların məzarları ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
"Unikal" xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi şücaətlərdən söz açılıb.
RİH başçısı Abdin Fərzəliyev şəhidlərimizin əvvəllər yaşadıqları evlərə gedərək onların ailə üzvləri ilə görüşüb. Ailələrin problemləri və qayğıları ilə maraqlanan başçı Abşeron rayonunda şəhid ailələrinə bundan sonra da daimi olaraq diqqət və qayğının göstəriləcəyini qeyd edib.
Şəhid Useynov Ceyhun Elşad oğlunun adının verildiyi küçədə baralyefinin açılışı olub.
RİH başçısı Abdin Fəzrəliyev günün sonunda şəhid Mustafayev Nurlan Hamlet oğlunun öz adını daşıyan övladı Nurlan Mustafayevin 1 yaşı olması ilə əlaqədar onların evinə gedib, şəhid ailəsinin qayğıları və problemləri ilə maraqlanıb.