Bakıda 29 yaşlı stilist Orxan Seyidovu qətlə yetirən şəxs saxlanılıb. 

"Unikal"  qafqazinfo-ya istinadən xəbər verir ki, polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Pərviz Həsənov müəyyən olunaraq tutulub və istintaqa təhvil verilib. 

P. Həsənov mərhum Orxanın tanışı olub. DİN-nin Mətbuat xidməti məlumatı təsdiqləyib.