Füzuli şəhərində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir.

"Unikal" xəbər verir ki, qəza nəticəsində xəsarət alan polis mayoru İ.Hümbətov xəstəxanaya yerləşdirilib.

***13:52

Füzulidə yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 13-də saat 14 radələrində Füzuli şəhəri ərazisində Novruz Orucovun idarə etdiyi “Mercedes” və İ.Hümbətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə N.Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanasına yerləşdiriliblər.

Füzuli Rayon Polis Şöbəsində araşdırma aparılır.