Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, martın 13-də saat 19 radələrində Lənkəran rayonunun Zövlə kəndi ərazisində C.Salahlı idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə avtomobildəki sərnişin - Elvin Qurbanov xəstəxanaya aparılarkən yolda ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.