Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılan Dövlət Gömrük Komitəsinin sabiq əməkdaşı Orxan Zöhrabov azadlığa çıxıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, O.Zöhrabova 9 ay müddətində cəza təyin olunub. Onun cəza müddəti bitdiyi üçün azadlığa buraxılıb.
Qeyd edək ki, Orxan Zöhrabov Nəsimi rayon məhkəməsinin sədri İlham Cəfərovun qızının həyat yoldaşıdır.
Murad İbrahimli