Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 32 000 ədəd müxtəlif markalı siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
"Unikal" xəbər verir ki, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşlarının idarə etdikləri "İveco", və “Mercedes Benz” markalı yük nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən 12 800 ədəd "Parliament Heets”, 19 200 ədəd isə “Heets” markalı siqaretlər aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.