Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" DİN-in saytına istinadən xəbər verir ki, martın 20-də saat 1 radələrində Sabirabad rayonunun Kürkəndi kəndi ərazisində kənd sakini R.Abışov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı daş hasara vurub.

Nəticədə sürücü və 3 sərnişini aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Günay Abışova adlı sərnişin orada ölüb.

Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.