Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" DİN-in saytına istinadən xəbər verir ki, martın 20-də saat 21 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində Qazax rayon sakini E.Kosayevin idarə etdiyi “KİA” markalı və Gəncə şəhər sakini Ü.Məmmədzadənin idarə etdiyi “Subaru” markalı avtomobillər toqquşub.

Nəticədə  Ü.Məmmədzadənin sərnişini - Gəncə şəhər sakini Şəmsiyyə Hüseynova aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.