Novruz bayramı münasibətilə Qala Qoruğunda etno-tur təşkil olunmuşdur. Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin idarə heyətinin rəisi Şahin Seyidzadə, Millət vəkilləri Rauf Əliyev və Soltan Məmmədov, şəhid ailələri, qazilər, rayon ağsaqqaları iştirak ediblər.
"Unikal" xəbər verir ki, qonaqlar açıq səma altında yerləşən Arxeoloji-Etnoqrafik Muzey Kompleksində qədim sənət nümünəsi olan dulusçuluq və xalçaçılıq sənətkarlığı ilə, sərgi zonasında - daş oyma nümunələri ilə tanış olublar, həmçinin qədim tacir evində qonaqlara kirkirə çəkmə və lavaş yayma ənənələri nümayiş edilib.
Milli idman növü olan zorxana oyunları qonaqların marağına səbəb olub.
Tədbirdə iştirak edənlər Novruz bayramını düşməndən azad edilmiş torpaqlarda qeyd edə bildiyimizə görə möhtərəm Ali Baş Komandana təşəkkürlərini bildiriblər.