Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
"Unikal"ın məlumatına görə, hadisə şəhərdə yerləşən marketlərin birinin qarşısında qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü A.Əliyev mübahisə zəminində bir neçə bıçaq xəsarəti alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin təfərrüatları hələ ki, məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.