Tətil günlərindən (19-23 mart) respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, qəzalarda 12 nəfər ölüb, 6 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, hazırda Azərbaycanda Novruz bayramı ilə əlaqədar 9 günlük tətildir. Qeyri-iş günləri martın 19-da başlayıb və martın 27-də son qeyri-iş günüdür.
Anar Kəlbiyev