Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

"Mercedes " markalı minik maşını "VAZ 2106" markalı avtomobilə dəyərək idarə etməni itirib və yoldan çıxaraq ağaca dəyib. Qəza nəticəsində sürücü 1987-ci il təvəllüdlü Teymur Talıbov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.