Sovet aktrisası Aleksandra Yakovleva 65 yaşında vəfat edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə aktrisa ilə birlikdə işləyən rejissor Nikolay Lebedev məlumat yayıb.
O bildirib ki, mərhum uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək ki, aktrisa “Ekipaj”, “Sehrbazlar”, “Kapuçine bulvarından olan adam” və bir çox başqa filmlərdəki rolları ilə tanınır.