Bakıda mənzildən oğurluq edən qadın tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 8600 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini S. Qurbanova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.