Bakıda dispanserdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 7-də və 14-də rayon ərazisindəki dispanserlərin birində həkimlərin otaqlarından noutbuk və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə. Nəsirli müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.