Bakıda partlayış baş verən hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.

Bu barədə "Unikal"a Səhiyyə Nazirliyindən məlumat verilib.

"Təcili yardım briqadalarından verilən məlumata görə, saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib", - nazirlikdən bildirilib.

xxx

04:10

Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.

Bu barədə "Unikal"a Səhiyyə Nazirliyindən bildirilib.

"Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək".