Bakıda partlayışın baş verdiyi əraziyə baş prokurorun birinci müavini Elçin Məmmədov gəlib.
"Unikal" xəbər verir ki, hadisə Səbayıl rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, daha 24 nəfər xəsarət alıb.
Partlayışa səbəb qaz balonunun partlaması olub.