Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ifadə verən Feyzi Məmmədov bildirib ki, işlədiyi müddətdə maliyyə şöbəsinin müdiri Rəhim Rəhimova rüşvət verib.
"İşlədiyim müddətdə 10 min 800 manat rüşvət vermişəm. Mənə deyirdi ki, başçı istəyir, onun tapşırığıdır. Mən özüm işıqlandırmada işləyirdim. 2014-cü ilin yanvar ayında İşıqlandırma idarəsi yaranıb. Əvvəl mən mühasib, sonra rəis oldum. Hər dəfə çağırırdı ki, başçı deyir tədbirə görə pul ver. Ayrı-ayrı vaxtlarda müəyyən məbləğdə pul istəyirdi, deyirdi rəhbərin tapşırığıdır" - deyə şahid bildirib.
Vilyam Hacıyevin sualını cavablandıran şahid bildirib ki, Vilyam Hacıyev ondan rüşvət tələb etməyib.
Digər şahid Asif Bədirov isə bildirib ki Meloservis idarəsinin rəisi işləyib: "Mən idarədə rəis işləyən vaxtı eşitdim ki, kanal qazılmaq üçün pul ayırıblar. Müraciət etdim ki, bu işi mən götürüm. Atam girdi danışdı, çıxdı ki, başçı 300 min pulun 70 min manatını istəyir. Mən də razılaşdım. 300 min manat ayrıldı, həmin pulun 70 min manatını qaytardım. Əvvəl demişdi ki, pulun 50 faizini başçıya qaytarmaq lazımdı. Sonra razılaşdıq 70 min manatını qaytardım. Pulu Vilyam Hacıyevə mən yox, atam verib".
Digər şahid Asif Bədirov isə bildirib ki, idarə rəisi işləyib: "Mən idarədə rəis işləyən vaxt eşitdim ki, su kanalının qazılması üçün pul ayırıblar. Müraciət etdim ki, bu işi mən götürüm. Atam otağa girib danışdı, çıxdı ki, başçı 300 min manatın 70 min manatını istəyir. Mən də razılaşdım. 300 min manat ayrıldı, həmin pulun 70 min manatını qaytardım. Əvvəl demişdi ki, pulun 50 faizini başçıya qaytarmaq lazımdı. Sonra razılaşdıq ki, 70 min manatını qaytardım. Pulu Vilyam Hacıyevə mən yox, atam verib".
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan olunub.(trend)