Bakıda 40 yaşlı kişi qətlə yetirilib.
Bu barədə "Unikal"a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, aprelin 4-ü saat 23 radələrində paytaxtın Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında 1982-ci il təvəllüdlü Bəhruz Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Rabil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.