“Gəncəyə investisiya qoymaq istəyən sahibkarlar ərazi tapa bilmirlər”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, bundan əvvəl özəlləşdirilmiş əmlaklar məsələsinə də baxılmalıdır: “Vaxtilə fabrik, zavod olan ərazilər bu gün özəlləşdirmədən sonra təyinatı üzrə fəaliyyət göstərmir. Bu məsələlər araşdırılmalıdır”.
Anar Kəlbiyev