"Bu qanun mənə "Məişət zorakılığı haqqında" qanunu xatırladır. Bu qanunun Azərbaycanda tətbiq olunması üçün real zəmin yoxdur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa yeni hazırlanan “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, ilk növbədə mühit məsələsi həll olunmalıdır: "Deyirdilər ki, köhnə məmurlar daha çox korrupsiyaya bulaşmışdı. Amma yenilərdə bu daha çoxdur".
Anar Kəlbiyev