Türkiyəli aktrisa Ayşə Tolqanın başına iş gəlib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa evində xadimə işləyən xanımı qonşusuna da məsləhət görüb. Qonşusu Tolqaya zəng edərək xadimənin evindən oğurluq etdiyini bildirib. Şübhələnən aktrisa zinət əşyalarını yoxlayıb və onların da oğurlandığını görüb. O, dərhal polisə şikayət edib və 1 milyon dəyərində zərəri olduğunu bildirib.
Aktrisanın 100 min lirəlik qızıl bilərziyi, 100 min lirəlik yaqut boyunbağısı, 250 minlik brilyant boyunbağısı, 500 minlik qızıl boyunbağısının oğurlandığı qeydə alınıb.