İranda ötən sutka ərzində 41 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüb.
"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 140 492 nəfərə yüksəlib.
İranda son 24 saat ərzində 3 800 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7 183 808 nəfərə çatıb.