"Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiya prosesi mühüm məsələdir. Hazırda Azərbaycanın bizim nəzarətimizdə olan müəyyən əraziləri var".
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası barədə danışarkən deyib.
Paşinyanın sözlərinə görə, bu məsələlər hüquqi əhəmiyyət kəsb edən faktlara əsaslanaraq danışıqlar yolu ilə həll edilməlidir.
Baş nazir bildirib ki, Rusiya və Avropa İttifaqı demarkasiya və delimitasiya işlərinə dəstək verməyə hazır olduqlarını bildiriblər: "Ermənistanın mövqeyi ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında de-yure sərhəd var və bu, sovet dövründə mövcud olan sərhəddir. Bu protokolla demarkasiya işlərinə başlamalı və təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün paralel tədbirlər görərək həll yollarına nail olmağa çalışılmalıdır", - Paşinyan bildirib.
Ağarza Elçinoğlu