Yaponiya hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra diplomatlar da daxil olmaqla 8 rusiyalı məmuru ölkədən çıxarmaq qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barəəd Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mori Ono Hikariko hökumətin Rusiya vətəndaşlarını deportasiya etmək qərarını açıqlayıb.
Qərara əsasən, aralarında rus diplomatların da olduğu 8 nəfər Rusiyanın Tokiodakı Səfirliyi və Ticarət Nümayəndəliyindən deportasiya ediləcək.