Şəmkirdə qətl hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə rayonda yerləşən marketlərdən birinin qarşısında qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü rayon sakini Samir Abdullayev bıçaqlanaraq qətlə yetirilib.
Araşdırma zamanı məlum olub ki, S.Abdullayevi Daşkəsən rayon sakini 1983-cü il təvəllüdlü Rasim Bağırov öldürüb. Hadisəni törədən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağı araşdırma aparılır.
Tural Əhmədov