Latviya xüsusi xidmət orqanları Belarus vətəndaşını casusluqda şübhəli bilərək saxlayıb.
"Unikal" xəbər verir ki, kəşfiyyatın məlumatına görə, Belarus vətəndaşı Latviyanın hərbi obyektləri və mühüm infrastruktur obyektləri barədə məlumat alıb, o cümlədən onları qanunsuz olaraq kameraya çəkib. Bütün bunları, idarənin fikrincə, o, Belarus xüsusi xidmət orqanlarının maraqları naminə edib.
Saxlanılan şəxs Latviya Cinayət Məcəlləsinə görə, 3 ildən 10 ilədək azadlıqdan məhrum edilə bilər.
Ağarza Elçinoğlu