Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna ilə Rusiya arasında birbaşa danışıqlarla bağlı açıqlama verib.
"Unikal" xəbər verir ki, türkiyəli nazirin sözlərinə görə, danışıqlar davam edəcəyi təqdirdə Ukraynadakı nizamlamada "tunelin sonunda işıq" gözləyir.
Onun sözlərinə görə, Rusiya və Ukrayna nümayəndə heyətlərinin konsensus əldə etmək istəyi var; bununla da sürətlə münaqişənin müvəqqəti həllinə nail olmaq mümkün olacaq.
"Danışıqlar davam edərsə, tunelin sonunda işıq görünəcək", - deyə Fidan bildirib.