Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Unikal" verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.
“Kia” və “AzSamand” markalı avtomobillər toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Sumqayıt Tibb Mərkəzindən məlumat verilib ki, 25 iyul 2025-ci il tarixində 3 kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib