Goranboy rayonunun Yal Taxıl adlanan meşəlik ərazisinə ildırım düşməsi nəticəsində baş verən yanğın söndürülüb.

"Unikal"ın  yerli bürosunun məlumatına görə, FHN əməkdaşları yanğının qarşısını alıblar. Yanğının baş vermə səbəbləri araşdırılır.

*** 22:55

Goranboyda meşə ərazisinə ildırım düşüb, yanğın başlayb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Yal Taxıl adlanan ərazisində meşəlikdə qeydə alınıb. Belə ki sözügedən əraziyə ildırım düşüb. Nəticədə ərazidə yanğın başlayıb. Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

Tural Əhmədov