İsrail ordusu Livanda Hizbullahın "Bint Cbeyl” qanadının şəxsi heyət üzrə rəhbəri Əli Məhəmməd Həsən Kutanı zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.

Bildirilib ki, adıçəkilən şəxs Hizbullahın Bint Cbeyl bölgəsində komplektləşdirilməsi və hərbi əməliyyatlar vaxtı qruplaşmanın tərkibinə silahlıların cəlb edilməsi ilə məşğul olub.

Eyni zamanda, həmin şəxs İsrail və Livan arasındakı razılaşmaların pozulmasında mühüm rol oynayıb.

İsrail dövlətinə qarşı yarana biləcək istənilən təhlükənin qarşısının bundan sonra da alınacağı qeyd olunub.