Burkina Fasoda terrorla mübarizə çərçivəsində ümummilli fövqəladə vəziyyət elan ediləcək.
"Unikal" xəbər verir ki, ölkənin ədliyyə naziri Barthelemy Kere 24 yanvar hərbi çevrilişdən sonra dayandırılan fövqəladə vəziyyətin ölkə daxilində yenidən bərpa ediləcəyini açıqlayıb.
Kere fövqəladə vəziyyətin tətbiqi üçün yeni fərman veriləcəyini və bunun terrorla daha təsirli mübarizə aparacağını bildirib.
Bildirək ki, Malidəki Əl -Qaidə və İŞİD-ə bağlı terror qrupları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində tez-tez hücumlar həyata keçirir.
Məlumatına görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər olan hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2000 nəfər həlak olub.
Hücumlar səbəbindən 3 min 683 məktəb bağlanıb, 1 milyon 814 min 283 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.
Gülayə Mecid