Rusiya Federasiyasının Fransadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" "İnterfax"a istinadən xəbər verir ki, nazirlikdə səfirə Fransadakı altı rus diplomatın persona non-qrata elan edildiyi bildirilib.
Bu barədə Fransanın diplomatik departamenti məlumatında bildirib ki, "çox uzun sürən araşdırma nəticəsində Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) aprelin 10-da, bazar günü Rusiya kəşfiyyat xidmətlərinin bizim ərazimizdə həyata keçirdiyi gizli əməliyyatı aşkar edib".
"Fəaliyyətləri milli maraqlarımıza zidd olan diplomatik pərdə altında fəaliyyət göstərən altı rus agenti persona non-qrata elan edilib", - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Ağarza Elçinoğlu