Rusiya İranın silah qaçaqmalçılığı şəbəkələri vasitəsilə Ukraynada hərbi əməliyyatlar üçün İraqdan sursat və hərbi texnika alır.
"Unikal" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə İraq regional kəşfiyyat xidmətləri məlumat yayıb.
Bildirilir ki, Moskvanın mart ayında Ukraynadakı uğursuz kampaniyasından sonra İraqdan Rusiyaya RPG və tank əleyhinə raketlər, eləcə də Braziliya istehsalı olan yaylım atəşi sistemləri göndərilib.
Nəşrin məlumatına görə, Tehran hakimiyyəti Moskvaya Rusiyanın S-300-ə bənzər İran istehsalı olan Bavariya 373 raket kompleksini də hədiyyə edib.
"Ən güclü şiə qruplaşması olan Həşd əl-Şaabiyə məxsus RPQ və tank əleyhinə raketlər martın 26-da Salamja sərhəd keçid məntəqəsindən İrana çatdırılıb, orada İran hərbçiləri tərəfindən qəbul edilib və dəniz yolu ilə Rusiyaya çatdırılıb. Belə yükləri daşıya bilən üç yük gəmisi, ikisi Rusiya, biri isə İran bayrağı altında İranın Bəndər Ənzəli limanından Həştərxana Xəzər dənizini keçib" , - deyə KİV qeyd edib.
Qəzet bildirir ki, Moskva Ukraynanın işğalı nəticəsində yaranan yeni sanksiyalardan sonra Suriyadakı hərbi müttəfiqi İrana arxalanmağa məcburdur.
Gülayə Mecid