Böyük Britaniyanın Baş naziri Boris Conson aprelin 9-da Kiyevə səfəri zamanı geyimi ilə diqqət çəkib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nazir müzakirələrə səbəb olan geyim tərzinə münasibət bildirib.
İlk növbədə o, saçları ilə bağlı bildirib ki, onun saçları uşaqlıqdan belədir.
Conson qeyd edib ki, o, prezident Vladimir Zelenskiyə dəstək olaraq mavi qalstuk taxıb. Mütəxəssislər mavi qalstuku Consonun saç rəngi ilə müqayisə edərək, bu rənglərin birləşməsinin Ukrayna bayrağını simvolizə etdiyini qeyd ediblər.
Bundan əlavə, Conson Zelenski ilə görüşə köhnəlmiş ayaqqabı geyinib.Bu, nazirin hazırda Rusiya təcavüzünə qarşı mübarizə aparan Ukrayna xalqına rəğbət və anlayış nümayiş etdirdiyi siyasi jest idi.
Ağarza Elçinoğlu