Ukrayna ilə dialoq Belarus prezidenti Aleksandr Lukaşenkonun sayəsində mümkün olub.
"Unikal" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib.
Rusiya lideri Lukaşenkonu Ukraynada aparılan müharibənin gedişatı və Kiyevlə aparılan danışıqlar barədə məlumatlandırdığını da qeyd edib.