ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modiyə müraciət edərək ondan Rusiyadan neft alışını artırmamağı istəyib.
"Unikal" xəbər verir ki, C.Baydenin fikrincə, bu, Hindistanın da maraqlarına cavab vermir və ABŞ-ın Ukraynadakı müharibəyə verdiyi cavaba zərər vura bilər.
“Prezident aydın şəkildə bildirdi ki, o, Rusiyanın enerji resurslarının və ya digər məhsullarının idxalını sürətləndirməyin və ya artırmağın Hindistanın marağında olmadığını hesab edir”, - deyə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.