Mariupolda vəziyyət indi çətindir, işğalçıların davamlı atəşə tutması səbəbindən şəhər artıq mövcud deyil.
"Unikal" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Face the Nation"a müsahibəsində bildirib.
"Mariupolda vəziyyət hərbi baxımdan ağırdır və ürək ağrıdır. Şəhər artıq yoxdur. Ukrayna ordusunun qalıqları və dinc əhalinin böyük bir qrupu faktiki olaraq Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb", - nazir bildirib.
Kulebanın sözlərinə görə, hərbçilər mübarizəni davam etdirir, lakinişğalçılar şəhəri yerlə-yeksan etmək qərarına gəliblər.
Ağarza Elçinoğlu