Yəmən Prezidenti Abd Rabbu Mansur Hadi istefa verib.
"Unikal" xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti Hadini istefaya getməyə və səlahiyyətlərini İdarəetmə Şurasına təhvil verməyə məcbur edib.
Bəzi mənbələrə görə, Səudiyyə rəsmiləri Hadini hakimiyyətdən getməyə razı salmağa çalışaraq, onun korrupsiya fəaliyyəti ilə bağlı iddia edilən sübutları yaymaqla hədələyiblər.
Hazırda prezidentin faktiki olaraq ev dustaqlığında olduğu bildirilir.