Moldova prezidenti Maya Sandu ölkə parlamentinin bir müddət əvvəl qəbul etdiyi Müqəddəs Georgi lentinin qadağasını təsdiqləyib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda "Z" və "V" simvollarının qadağası da təsdiq edilib.
Nəşrdə qeyd edildiyi kimi, Moldovada, o cümlədən sosial şəbəkələrdə belə simvollardan istifadə edən şəxslər cərimələnəcək.
Ekstremist və ya hərbi simvolların istehsalına, ictimai istifadəsinə və ya təbliğinə görə 250-500 dollar arasında cərimələr nəzərdə tutur.
Ağarza Elçinoğlu